Lalə Məmmədova ad günündə Gəncədə səhnəyə çıxıb, konsert verdi - FOTO/VİDEO 

Hazırda oxunan: Lalə Məmmədova ad günündə Gəncədə səhnəyə çıxıb, konsert verdi - FOTO/VİDEO 

180138

Fevralın 23-ü 46 yaşına qədəm qoyan Əməkdar artist Lalə Məmmədova doğum gününü fəqli şəkildə qeyd edib. 

Bizim.Media xəbər verir ki, müğənni ad günündə Gəncə Dövlət Filarmoniyasında baş tutan “Darıxmışam” adlı konsert proqramı ilə sevənlərinin qarşısına çıxıb. 

Gecə iki hissədən ibarət olub. Birinci hissədə Məmmədova görkəmli bəstəkarlar Fikrət Əmirov, Niyazi, Rauf Hacıyev, Səid Rüstəmov, Tofiq Quliyev, Vasif Adıgözəlov, Arif Məlikov və digərlərinin nəğmələrini səsləndirib. Etsrada ulduzunu konsertdə Xalq artisti Rəfael Bayramovun dirijorluğu ilə Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri müşayiət edib. Musiqi ziyafətinin ikinci hissəsində isə Məmmədova tamaşaçıların qarşısında sevilən estrada mahnılarını ifa edib. Konsertdə L.Məmmədovanın stili üzərində Elnur Həsənov çalışıb. 
 




















Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO