Səkinə İsmayılova aparıcıların bu hərəkətinə görə efirlərə çıxmır - VİDEO  

Hazırda oxunan: Səkinə İsmayılova aparıcıların bu hərəkətinə görə efirlərə çıxmır - VİDEO  

180131

“Efirlərə az-az çıxıram. Özümü harada görürəmsə, ora da gedirəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Səkinə İsmayılova qonaq olduğu “Zaurla Günaydın” verilişində deyib. 

Sənətkar aparıcıları tənqid edib. Xanəndə bildirib ki, aparıcılar sənətkarla ifaçılığa yeni başlayanlar arasında fərq qoymurlar. Məhz bu səbəbdən S.İsmayılova verilişlərə getmədiyini vurğulayıb: 

“Yanımda əyləşən bax, bu sənətkarların çoxu tez-tez efirdə olurlar. Aparıcı sənətkarın yanında 1 ay və ya 1-2 il səhnəyə çıxan ifaçıya da sənətkar, illərdir səhnədə olan müğənniyə də sənətkar deyir. Bu, dəhşətdir, ayıbdır! Evdə otururam, baxıram və mənə pis təsir edir. Bu insanlar illərini sənətə sərf ediblər. Biz sənətkar deməliyik. O birinə isə, öyrənirsən, bəlkə gələcəyin yaxşı olacaq. Bir-iki mahnı oxuyub, o kanala gedir və ya bu kanala gedir. Bunları görəndə adam arxaya çəkilmək istəyir. Əziyyət çəkib, illərlə qazandığın hörməti belə edə bilməzsən. Bunları qəbul edə bilmərəm. Ona görə də uzağam. Düşünürəm ki, bu məsələlər yığışdırılmalıdır. Aparıcılar üzərlərində işləməlidir. Bir də görürsən sual verir, özü danışır. Bir dinləmək mədəniyyətin olsun. Bir dayan, nəfəs al, gör, nə deyir. Cavab verə bilməyəndə, danış, istiqamətləndir. Ona görə də verilişlərə getmirəm”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO