Xuraman: “Gözləyirəm ki, Şuşada mənə ev versinlər” – VİDEO 

Xuraman: “Gözləyirəm ki, Şuşada mənə ev versinlər” – VİDEO 

Hazırda oxunan: Xuraman: “Gözləyirəm ki, Şuşada mənə ev versinlər” – VİDEO 

180123

“Bizim Şuşada iki həyət evimiz olub. İndi həmin evlərdə igid oğullarımız oturur. Yəgin ki, bizə başqa ev veriləcək. Ora artıq igid övladlarımızın oturduqları məkandır. Gözləyirik ki, bizə Şuşada ev versinlər. Allah bizə bunu nəsib etsin”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı qonaq olduğu “7 tamam” verilişində deyib. 

Sənətçi bildirib ki, ən böyük arzusu Şuşaya köçüb, ailəsi ilə orada yaşamaqdır: 

“Çox istəyirəm ki, Şuşaya köçüb, orada yaşayım. Baxmayaraq ki, həyat yoldaşım şuşalı deyil, amma onun nənəsi şuşalıdır. Həyat yoldaşıma demişəm ki, ora köçək. Çünki mən orada xoşbəxtəm. Orada başqa bir xoşbəxtəm. O xoşbəxtliyi insan yaşamalıdır ki, anlasın”. 
Qeyd edək ki, X. Şuşalı rejissor Elçin Məmmədovla ailəlidir. Cütlüyün dörd övladı var. Elçin “İctimai” televiziyada çalışır. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO