Miri Yusif xanımının çoxdankı arzusunu gerçəkləşdirdi – VİDEO 

Miri Yusif xanımının çoxdankı arzusunu gerçəkləşdirdi – VİDEO 

Hazırda oxunan: Miri Yusif xanımının çoxdankı arzusunu gerçəkləşdirdi – VİDEO 

180102

Xalq artisti Miri Yusif həyat yoldaşı Nərgiz Mirbabayevaya gözlənilməz sürpriz edib. 

Bizim.Media xəbər verir ki, sənətçi xanımına qara rəngli it hədiyyə edib. 

Həmin anları sosial şəbəkə hesabında paylaşan Nərgiz sevinc hisslərini bu sözlərlə dilə gətirib: 

“Bu gün həyat yoldaşım mənim bir arzumu yerinə yetirdi. Çoxdandır, it sahiblənmək istəyirdim. Mişel (itin adı –red.), evinə xoş gəldin”. 

Daha sonra Nərgiz qızı və kiçik oğlu ilə Mişelin tanışlıq videosunu çəkərək, izləyiciləri ilə bölüşüb. Görüntülərdə sənətçinin qızı iti görər-görməz sevincdən kövrəlib. 

Qeyd edək ki, Miri Yusifin həyat yoldaşı Nərgiz xanım və üç övladı uzun müddətdir ki, Türkiyənin İzmir şəhərində yaşayır. Ailə pandemiya zamanı Vətəndən İzmirə köçüb. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO