Samir Piriyev xanımına avtomobil ALDI – VİDEO 

Hazırda oxunan: Samir Piriyev xanımına avtomobil ALDI – VİDEO 

180086

Müğənni Samir Piriyev həyat yodaşı aparıcı Anara Fətəliyevaya avtomobil alıb. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Rəngarəng səhər” verilişində məlumat verib. 

Samir bildirib ki, xanımına evliliklərindən 13 il sonra nəqliyyat vasitəsi hədiyyə edib: 

“Xanımım Anaraya avtomobil almışam. Neçə illər idi, məndən xahiş edirdi ki, ona maşın alım. Mən isə deyirdim ki, maşın sürməyi tam öyrənəndən sonra alacağam. 2011-ci ildə evlənmişik. 13 il sonra ona maşın aldım”. 

Qeyd edək ki, bu, S.Piriyevin sayca ikinci evliliyidir. Belə ki, Samir 2007-ci il aprelin 27-də Yeganə Mansurova ilə üç il ailəli olub. Samirin ilk evliliyindən Ayşə adlı qızı, ikinci ailəsindən isə Fərəh adlı qızı və Nicat adlı oğlu var. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO