Stilist Anar 38 il sonra Mehriban Xanlarovanın imicini DƏYİŞDİ - FOTO/VİDEO 

Hazırda oxunan: Stilist Anar 38 il sonra Mehriban Xanlarovanın imicini DƏYİŞDİ - FOTO/VİDEO 

180076

Stilist və vizajist Anar Ağakişiyev Əməkdar artist Mehriban Xanlarovanın tərzinə əl gəzdirib. 

Bizim.Media xəbər verir ki, aktrisanın imic dəyişimi “Dəyişən cavab” verilişinin bu həftə yayımlanacağı buraxlışında baş tutub. 

Ağakişiyev Xanlarovanın saç düzümünü “180 dərəcə” dəyişərək onları qısaldıb. Mehriban yeni imicdə görüntülərini sosial şəbəkə hesabında paylaşaraq bu sözləri yazıb: 

“38 ildən sonra saç stilimdə dəyişiklik etdim. 1986-cı ildə “Bircəciyim” filmində canlandırdığım “sarıköynək” oldum. Bu dəyişiklik üçün başda əziz dostum, Anar Ağakişiyev olmaqla, onun bütün kollektivinə sonsuz minnətdarlığımı bildirirəm. “Xəzər” TV kanalında yayımlanan “Dəyişən Cavab” verilişini izləməyi unutmayın”. 
 





Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO