Əməkdar artist Elza Seyidcahan müğənni bacısı Rasimə ilə bərabər Xocalı faciəsinin ildönümü ilə əlaqədar soyqırımı qurbanlarının xatirəsini yad etmək üçün “Ana harayı” abidəsini ziyarət edib.
Bizim.Media xəbər verir ki, sənətçi ziyarət zamanı çəkilən fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Elza və Rasimə abidənin önünə gül-çiçək dəstələri düzərək, faciə qurbanlarının əziz xatirəsini hörmət və ehtiramla anıblar.
Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil.
Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
20:40 / 26.02.2024
Elza bacısı ilə "Ana harayı" abidəsini ziyarət etdilər - FOTO
Hazırda oxunan: Elza bacısı ilə "Ana harayı" abidəsini ziyarət etdilər - FOTO
Hazırda oxunan: Elza bacısı ilə "Ana harayı" abidəsini ziyarət etdilər - FOTO
179998
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.