"Yanlış fikirdir. Toparlanmaq çətindir. İnsan müəmmalı qalır, kimdir, nədə maraq doğurur. Aktyor uzun illər səhnədən kənar qalmamalıdır. 7 il səhnədən kənar qaldım"
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Mehriban Zəki qonaq olduğu "Min maska" verilişində deyib.
Verilişin aparıcısının "Deyirlər, aktyor gec-gec səhnəyə çıxanda daha tələbatlı olur" sualını Zəki belə cavablandırıb:
"Son dəfə Rus Dram Teatrında "Kral ölür" əsəri əsasında "Mərasim" tamaşasında səhnəyə çıxdım. Ondan əvvəl isə 2016-cı ildə Ərşad Ələkbərovun quruluşunda "Müsyo İbrahim və Quran çiçəkləri". Sonra uzun müddət səhnəyə çıxmadım. Rus Dram Teatrında tamaşa oynadığım üçün cəzalandırıldım. Absurt bir fikir idi. Dırnaq içərisində desək... Təbii ki, üsyan etmədim. Bəlkə etməliydim, başqa cür münasibət göstərməli, mübarizə aparmalı idim. Sənət mənim üçün sevgidir, sevginin uğrunda mübarizə aparmazlar, dalaşmazlar. "Zaman keçər hər şey yoluna düşər" fikri ilə səbr etdim və gözlədim. Allahın ədalətinə inanan insanam.
Düşünürəm ki, bəlkə həmin ərəfədə belə lazım idi. Amma 7 il çoxdur. Bəlkə Allah məni qəzalardan, neqatif hadisələrdən qoruyub. Bu ərəfədə itirdiyim bir şey oldu: insan getdikcə peşəkarlaşır. Həmin illərdə səhnəyə çıxmadım, amma özümü pedaqoqluğa həsr etdim. 7 il sonra səhnəyə çıxanda gördüm ki, ayaqlarım əsir, həyəcanlanıram. İllərlə səhnəyə çıxmayan insanın həyəcan keçirməməsi mümkün və eyni peşəkarlıqla oynasın".
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:04 / 24.02.2024
Mehriban Zəki: "Rus Dram teatrında tamaşa oynadığıma görə cəzalandırıldım"
Hazırda oxunan: Mehriban Zəki: "Rus Dram teatrında tamaşa oynadığıma görə cəzalandırıldım"
Hazırda oxunan: Mehriban Zəki: "Rus Dram teatrında tamaşa oynadığıma görə cəzalandırıldım"
179641
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.