Alla Puqaçova Rusiyadan köçsə də, ölkəsindən pul qazanmağa davam edir

Alla Puqaçova Rusiyadan köçsə də, ölkəsindən pul qazanmağa davam edir

Hazırda oxunan: Alla Puqaçova Rusiyadan köçsə də, ölkəsindən pul qazanmağa davam edir

179564

Rusiyanın Xalq artisti Alla Puqaçova ölkəsindən köçsə də, oradakı çıxışlarından pul qazanmağa davam edir. 

Bizim.Media xəbər verir ki, martın 1-də rus estradasının primadonnası 2019-cu ildə Kremldə keçirilən yubiley konsertində lentə alınan mahnıların canlı versiyalarını özündə əks etdirən “P.S.” adlı yeni albomunu təqdim edəcək. 

Allanın səs prodüseri Anatoli Lopatinin "LIFE" nəşrinə verdiyi məlumata görə, albom bütün rəqəmsal musiqi platformalarında olacaq. 

Yubiley konserti çərçivəsində “Alla Puqaçovanın P.S.” albomunda “Dostum”, “Yerə şeh düşdü”, “Bülbül”, eləcə də yeni aranjimanda bir neçə hit, məsələn, “Yuxu kimi eşq”, “Oxuyan qadın” hitlər yer alacaq. 

Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO