Cavanşir:

Cavanşir: "Yasıma gəlməsi üçün mollaya əvvəlcədən beh vermişəm" - VİDEO 

Hazırda oxunan: Cavanşir: "Yasıma gəlməsi üçün mollaya əvvəlcədən beh vermişəm" - VİDEO 

179515

“Yasıma molla gəldi-gəlmədi, mənə aidiyyəti yoxdur. Mənə bir molla alim lazımdır. Onun behini də vermişəm".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov qonaq olduğu "Gəl danış" ictimai-sosial verilişində deyib.

Sənətçi bildirib ki, o dünyasını dəyişdikdən sonra yas mərasimini aparacaq molla ilə əvvəlcədən danışıb:

"Beş il əvvəl dostumun yas yerində çox savadlı bir molla ilə rastlaşdım, ona görə 20 dəqiqə toya gecikdim, ona yaxınlaşdım, bir şey ötürmək istədim. Götürmədi, dedi, vermiş kimi varsan.
Dedim, mən rəhmətə gedəndə yəqin ki, eşidəcəksən. Eşidəndə gələrsən. Dedi, narahat olmayın, sizə böyük hörmətim var. Məmmədbağırın yasında da bir iranlı molla var idi. O da dedi ki, Baba, sən niyə belə deyirsən, Allah sənə uzun ömür versin. Dedim ki, sən gəlmə! İstəyirəm, yasımı savadlı adam idarə eləsin”.
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO