Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli Arif Babayev efirdə doğum gününü qeyd edib.
Bizim.Media xəbər verir ki, 86 yaşına qədəm qoyan sənətkara qonaq olduğu “Təsir dairəsi” ictimai-sosial verilişində gözlənilməz sürpriz olunub.
Belə ki, proqramın aparıcısı Lalə Azərtaş studiyaya xanəndənin nəvəsi Nərgizi dəvət edib.
Nərgiz isə canlı efirə A.Babayevin nəticələri Adil və Aylizlə daxil olub. Nəvəsini və nəticələrini öpüb qucaqlayan xanəndə bu sürprizdən xoş hal olduğunu dilə gətirib. Proqramın növbəti dəqiqələrində aparıcı studiyaya muğam ustasının həyat yoldaşı Gültəkin xanımı da dəvət edib.
Rəşad Əliyev, Bizim.Media