Vüsalə: “Cütlüklər mənə yazırlar ki, bizi bal ayına göndər” – VİDEO 

Hazırda oxunan: Vüsalə: “Cütlüklər mənə yazırlar ki, bizi bal ayına göndər” – VİDEO 

179354

Aparıcı Vüsalə Əlizadə efirdə bir cütlüyün ona etdiyi təəccüb doğuran müraciətdən söz açıb. 

Bizim.Media xəbər verir ki, bu haqda Vüsalə aparıcısı olduğu “İncə səhər” verilişində danışıb. 

Əlizadə bildirib ki, sosial şəbəkədə bir cütlük onları bal ayına xarici ölkəyə göndərməyini istəyib: 

“Bu yaxınlarda bir mesaj aldım. Bundan “oyanası” yoxdur... Yazıb ki, biz yenicə evlənmişik və hamı Antaliyaya, Bodruma istirahətə gedir. Biz isə oralara gedə bilmirik. Bizi bal ayına göndər. Bu qədər də yox da... Mən özüm yayda istirahət edə bilməmişəm. İstirahət etməyi çatdırmamışam. Səni bal ayına mən niyə göndərməliyəm?”. 

Qeyd edək ki, Vüsalə Əlizadənin həmkarı Azər Zahidlə nikahından Dilək adlı bir qız övladı var. Vüsalə Azərdən 12 il əvvəl boşanıb. 
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO