Vəfa Şərifova: “Şəbnəm Tovuzlu qeyri-səmimidir” - VİDEO

Hazırda oxunan: Vəfa Şərifova: “Şəbnəm Tovuzlu qeyri-səmimidir” - VİDEO

179347

Müğənni Vəfa Şərifova “Rəngarəng səhər” verilişinin qonağı olub. 

Bizim.Media xəbər verir ki, veriliş boyu, o, küsülü olduğu həmkarı Şəbnəm Tovuzlunun “Vəfa ilə düşmənçiliyimiz yoxdur. Bunlar hamısı oldu, keçdi, bitdi. Bu gün Vəfanın da öz kütləsi var.

Bu sözləri efir xatirinə demirəm, heç kimdən qorxub çəkinəcəyim yoxdur. Bəzən bizi Vəfa ilə davalı deyirlər. Əgər Vəfa verilişdə qonaqdırsa niyə getməyim ki...” sözlərinə münasibət bildirib və onu səmimiyyətsiz adlandırıb.  

“Bizim aramızda davamız yoxdur. Elcan Rəsulovun aparıcısı olduğu verilişdə yarışma vardı. O verilişdə Şəbnəm xanımla yarışmaq istədim. Amma Şəbnəm istəmədi. Amma sizin verilişdə gəlib başqa cür danışmaq o səmimiyyəti  tamaşaçı ala bilməyəcək. Bizim aramızda o səmimiyyət yoxdur. Biz verilişə gəlsək də, bir-birimizin üzünə süni güləcəyik. Mən belə şeyləri bacarmıram. Biz bir-birimizi məclislərdə görəndə salamlaşmırıq, görməmiş kimi davranırıq. Mənim üçün saxtalıq etdiyi hər an özümə əziyyət verməkdir.
Bütün körpüləri yandırmışıq. Aramızda heç bir söz-söhbət, dava-dalaş, problem yoxdur. Bəli, onun bu sözlərinə qatılıram. Amma biz dost kimi verilişdə iştirak edə bilmərik. Çünki aramızda o səmimiyyət yoxdur, heç zaman da olmayacaq. Olarsa əgər o saxta olacaq. Aramızda zamanında çox böyük problemlər yaşanıb. Bu gün də onlar bərpa olunmayıb. İnsanın zamanla düşüncələri dəyişir. Müəyyən illər əvvəl başqa cür indi isə başqa cür düşünürəm. Mənim ondan çəkindiyim heç bir şey yoxdur. Səmimi olmadığım bir ortamda tamaşaçı qarşısına çıxmaq istəmirəm. Necə varamsa elə də görünmək istəyirəm”, - deyə Vəfa vurğulayıb.  

Qeyd edək ki, V.Şərifova iş adamı Famil Xəlilovla münasibətdədir. Cütlüyün iki övladı var. İş adamının adı Vəfadan əvvəl Şəbnəmlə hallanıb. 
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO