Elnarə qızına nə vaxt TOY EDƏCƏK? - VİDEO

Hazırda oxunan: Elnarə qızına nə vaxt TOY EDƏCƏK? - VİDEO

179033

Əməkdar artist Elnarə Abdullayeva qızı Xədicənin yaxın aylarda baş tutacağı toyundan söz açıb.  

Bizim.Media xəbər verir ki, sənətçi bu haqda qonaq olduğu “Qonaqcanlı” verilişində danışıb. 

Elnarə bildirib ki, övladının toyunun tarixini hələ dəqiqləşdirməyib: 

“Bu iş başlayıbsa, sona çatmalıdır. Nişan olubsa demək ki, toy da olacaq. Amma hələ toyun tarixini dəqiqləşdirməmişik. Olsa öncədən xəbər verəcəyəm ki, artıq toyun tədarükünü görmüşük. Hazırda başım evimin təmirinə qarışıb”. 

Qeyd edək ki, E.Abdullayevanın qızı Xədicə iyulun 11-də paytaxt restoranlarının birində Cavad adlı bəylə nişanlanıb. Elxan adlı bəylə ailəli olan Elnarənin bir qız və bir oğlan övladı var.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO