Xoşqədəm qadın iştirakçıya qəzəblənib onu efirdən qovdu - VİDEO

Xoşqədəm qadın iştirakçıya qəzəblənib onu efirdən qovdu - VİDEO

Hazırda oxunan: Xoşqədəm qadın iştirakçıya qəzəblənib onu efirdən qovdu - VİDEO

179004

“Səni axtarıram” ictimai-sosial verilişinin ötən axşamki buraxılışında qalmaqal yaşanıb. 

Bizim.Media xəbər verir ki, aylardır ki, sözügedən proqramda iştirak edən Gülxanım adlı qadın aktyor Sərxan Kərəmoğlu ilə dalaşıb.  

Bu anda ekspertlər Gülxanıma qarşı çıxıb. Bunu görən qadın “Bəsdirin. Yığışdırın şounu, reytinqi yığışdırın. Bu verilişdə hər kəs saflığımdan istifadə elədi” söyləyərək, verilişdə səs tonunu qaldırıb. Bundan sonra bir neçə saniyəlik qadının mikrofonu söndürülüb. 
Studiyada çaxnaşma yaradan Gülxanıma verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı əsəbiləşib. 

“Məndə sənin dosyen var. Ağzımı açdırma. Hələ etdiklərini tamaşaçıya göstərmirəm, amma göstərəcəyəm. Çıx studiyadan, məni gözlə”, - deyə Xoşqədəm Gülxanıma səslənib.  

Aparıcı əlinə telefonu götürərək orada yer alan görüntüləri qadına göstərib və həmin informasiyanı yaxın günlərdə tamaşaçılara da təqdim edəcəyini vurğulayıb.  

Gülxanım isə “Mən sənə güvənmişdim” sözlərini dilə gətirsə də Xoşqədəm buna məhəl qoymayıb və qarşı tərəfi dinləməkdən imtina edib. 

Verilişdə yaşanan qalmaqal dolu anları sizə təqdim edirik: 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO