“Son zamanlar həvəssiz olduğumun yəgin ki, fərqindəsiniz. Bu sadəcə işimlə deyil, hər şeyə qarşı olan yanaşmam idi. Açığı, bir neçə dəfə özümü zorla həvəsə gətirməyə çalışmışam. Alınmayıb”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.
Son günlər səhhəti ilə bağlı yaşadığı problemlər ucbatından depressiv hallarla üzləşdiyini söyləyən Aynişan vəziyyətini düzəltmək üçün səyahətə getdiyini açıqlayıb:
“Təxmini keçən ilin noyabr ayında bunu hiss edirdim. Tam açıq şəkildə vəziyyətdən xəbərdar idim. Amma özümə güc gələ bilmirdim. Açığı, özümə gücüm çatmırdı. Normalda ideya fırtınası olan beynim “error” verdi. Heç nə düşünə bilmirdi. Heç nə məni sevindirmirdi. Günləri yola verirdim. Uzun zaman “Nə baş verir?" sualından sonra anladım... Hər şey boynumda yaranan problemdən sonra baş verdi.
Hər gün bir məlumat oxuyub depressiyaya düşürdüm və digər problemlər yaranmağa başladı. Özüm özümü dibə çəkdim. İş orasındadır ki, bu vəziyyət məni heç bir müddət sonra belə narahat etməməyə başladı. Sanki elə belə də yaşamalıyam kimi öyrəşdim. Ən pisi isə bu imiş...
Ruhən o qədər düşmüşdüm ki, hər həftə anlamsızcasına xəstələnməyə başladım. Məni artıq heç nə həyəcanlandıra bilmirdi. Demək, insanın həyəcanı bitəndə, ölürmüş. Artıq səyahətlərim belə həyatıma maraq qatmırdı. Səyahəti dayandırdım. Uzun zaman özümü dinləməyə başladım. Dedim, düş... Düşə bildiyim qədər düş gör, nə olacaq. Dibə get... Lap dərinə toxun.
Toxundum. Və bu gün çamadanımı toplamışam. Gedirəm... Yaxşıyam? Bilmirəm. Amma dibdə qalmaq istəmədiyimi anladım. Xoşuma gəlmədi. İstəyirəm, bu səfər unutduğum həyəcanımı mənə xatırlatsın”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
16:14 / 19.02.2024
Aynişan Quliyevaya NƏ OLUB? – FOTO
Hazırda oxunan: Aynişan Quliyevaya NƏ OLUB? – FOTO
Hazırda oxunan: Aynişan Quliyevaya NƏ OLUB? – FOTO
178894
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.