Müğənni Niyam Salami keçmiş duet ortağı və hazırda küsülü olduğu həmkarı Aynur Dadaşovadan söz açıb.
Bizim.Media xəbər verir ki, Niyam “Xəbər-ətər” verilişinə müsahibəsində bildirib ki, Aynurla barışmaq niyyətində deyil.
“Sən Aynur, mənim qəlbimi qırmısan. Mənim sənə olan münasibətimə gözün görə-görə xələl gətirmisən. Mənim qəlbim qırıldısa, bunları edə bilmərəm. Yalandan heç kimlə görüşən deyiləm. Belə “duxun” çatırsa, sözünü efirdə deyə bilirsənsə, götür telefonu zəng et. Əgər buna da ürək etmirsənsə, gəl iş yerimə. Qədərindən çox dəyər verirəm. 10 qəpiklikdirsə, ona 20 qəpik xərcləməməlisən. 10 qəpiklik adama elə 10 qəpik verməlisən”, - deyə Niyam vurğulayıb.
Qeyd edək ki, Aynur Dadaşova ilə Niyam Salaminin dostluqlarının bitməsinə səbəb xanım müğənninin həmkarına düşmən kəsilən şəxslərlə restoran açması olub.
Rəşad Əliyev, Bizim.Media