Rəqqasə Fatimə: “Qızımın toyundan sonra onunla 2 ay küsülü qaldıq” – VİDEO 

Rəqqasə Fatimə: “Qızımın toyundan sonra onunla 2 ay küsülü qaldıq” – VİDEO 

Hazırda oxunan: Rəqqasə Fatimə: “Qızımın toyundan sonra onunla 2 ay küsülü qaldıq” – VİDEO 

178817

“Mən, Fatimə vaxtı ilə yaxşı övlad olmuşam, amma valideynimin sözünə qulaq asmamışam. Mənim də başıma eyni hadisə gəldi. Qızım sözümə qulaq asmadı. Həyat mənə başa saldı ki, mənim valideynlərimə çəkdirdiyimi Allah mənə yaşatdı. Qızımın ərinin ailəsi çöx hörmətli insanlardır. Onların ailəsi ilə mənim sözüm düz gəlmədi. Aydana söylədim ki, ailə qurmaq məsələsini yaxşı düşün, sonra qərar ver. Mən qızımla 2 ay küsülü qaldım”. 

Bizim.Media xəbər verir ki, bu sözləri “Göyçək” ləqəbi ilə şou-biznesdə məşhurlaşan rəqqasə Fatimə Fətəliyeva stilist və vizajist Anar Ağakişiyevin aparıcısı olduğu “Dəyişən cavab” verilişində deyib. 

Sənətçi qızı Aydan ilə toyundan sonra gərgin dolu münasibətlərindən söz açıb. Fatimə bildirib ki, övladı ilə 2 ay küsülü qalıb: 

“Qızım Aydan anladı ki, bunu anama qarşı edə bilmərəm. Rəqs sənəti Azərbaycanın bir mədəniyyəti və qoludur. Bunu yaşatmaq isə çox çətin bir yoldur. Mən çox çətinliklərdən keçmişəm. Bunların hamısını da Aydan görüb. Amma hərdən sevgi elə bir məqama çatır ki, inanın, gözünü kor edir. Mən istəmirdim ki, qızım özündən yaşca böyük insanla ailə qursun. Bu şeylərə görə çox çətinliklər çəkirdim.

Deyirdim ki, birdən sözləriniz uyğun gəlməz. Elə bir məqama çatdı ki, mənim istədiyim və dediyim kimi olmadı. Mənim Aydanın ərinin ailəsi ilə problemlərim yarandı. Demək olar ki, Aydanla 2-3 ay küsülü qaldım. Toyda şou camiyəsindən yalnız Mətanət xanım İsgəndərli iştirak etdi. Məclis mediaya qapalı idi. Qızımın toyundan sonra kimin dost, kimin isə düşmən olduğunu anladım. Çox şeylər anladım.
Elə məqamlar da oldu ki, kimə ürəyimi açmışdımsa, sonra həmin insanlar o şeyləri mənim başıma vurdular. Sosial şəbəkə səhifələrində haqqımda nələrsə paylaşdılar. İstədilər, məni o məqamlarla vursunlar”. 

Qeyd edək ki, Fatimənin qızı Aydan 2019-cu ilin avqustun 17-də Əkbər adlı bəylə ailə qurub. 2020-ci ildə Aydan oğlan anası olub. 
 





Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO