Əməkdar artist Nigar Şabanova müzakirə yaradan açıqlama verib.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "Xəzər axşamı" verilişində bahalı avtomobil almasının səbəblərindən söz açıb.
"Muğam müsabiqəsindən təzə çıxmış qızlardan biri idi, eyni mənim maşınımdan sürürdü. O zaman dövlət tərəfindən mənə artıq ad verilmişdi. Biz ikimiz də bir toydan çıxdıq. Onun maşını mənimkindən kənarda idi. Mənim maşınıma baxdı, yəni “sən də, ondan sürürsən, mən də”.
Mən getdim anama dedim ki, mənə maşınımı dəyişməyə icazə verməsən, bu maşını sürməyəcəm. Ondan sonra anam icazə verdi ki, mən özümə bahalı maşın alım”, - deyə Nigar vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media