Emilin anası:

Emilin anası: "Azəri star" yarışması saldı oğlumu narkomanların "kruqu"na - VİDEO

Hazırda oxunan: Emilin anası: "Azəri star" yarışması saldı oğlumu narkomanların "kruqu"na - VİDEO

178367

"Emil anadan olanda o asılılıqla doğulmamışdı. O, toy məclislərinə gedib-gəlməklə o yola düşdü. 2005-ci ildə Emil "Azəri Star" mahnı yarışmasına qatıldı. O yarışma da onu saldı lazımsız "kruqlara". Bunu mən hiss etmədim, bu haqda sonra mənə dedilər".

Bizim.Media xəbər verir ki, bu sözləri mərhum müğənni Emil Rəhmanoğlunun anası Ulduz xanım "Günə son" ictimai-sosial verilişinə müsahibəsində deyib.

Emilin anası bildirib ki, oğlu dəfələrlə pis vərdişlərdən müalicə olunsa da ətrafı onu taparaq yenidən narkotik maddələrdən istifadə etməsinə şərait yaradıb:

"Bizim nəslimizdə, əhatəmizdə, yaxınımızda elə işlərlə məşğul olan insanlar olmayıb ki, biz bilək ki, bu necə olan şeydir və ya "narkoman" olanda insan özünü necə aparır. Mənə bütün bunları sonradan başa saldılar. Emili dəfələrlə müalicələrə qoyduq. Bir neçə dəfə müalicə olunurdu, sonra yenə də qayıdırdı köhnə əməllərinə. Onu bu yollara salanın kimliyini bilmirəm. O zamanlar Yasamalda "Nüşabə" adlı bir restoran vardı. Emil orada hər axşam oxuyurdu. Demişdirlər ki, orada keçirilən toyların birində Emili bu yola çəkmişdilər. 

Onun pis vərdişlərə aludəçiliyini evə pul vermədikdən sonra anladıq. Emilin əlinə pul gəldikcə o pul evə gəlmirdi. O, həftələrlə yoxa çıxırdı. Onun artıq 22 yaşı vardı. Artıq başa düşmüşdüm ki, qazandığı pulları başqa şeylərə xərcləyir. Mən həyat yoldaşım Rəhman Rəhmanova söylədim ki, oğlumuz narkomaniyadan əziyyət çəkir. O, dəfələrlə Emilə müalicəsində kömək etdi. Onu müalicələrə göndərdi. 

Emil müalicə alırdı, sonra düşdüyü köhnə "kruqu" onu yenidən tapırdı. Onlara qoşulamamaq üçün isə Emil gərək artıq Azərbaycandan köçüb gedərdi. Onu tapırdılar. Çünki onlara onu tapmaq sərf edirdi. Onlar Emilin qazancından istifadə edirdilər".
Qeyd edək ki, Emil Rəhmanoğlu 44 yaşında xəstəxanada dünyasını dəyişib. O, Biləcəri ərazisində yerləşən məzarlıqda 19 il əvvəl vəfat edən qardaşı İlhamın yanında dəfn edilib.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO