Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfova ifaçı nişanlısı Mərdan Kazımovla “Sevgililər günü”nü birlikdə qeyd edib.
Bizim.Media xəbər verir ki, məşhur cütlük özəl günü restoranların birində romantik şam yeməyində keçiriblər.
Həmin anları sosial şəbəkə hesabında paylaşan Mərdan “Heç kimi görmədim mən səndən daha gözəl” şərhini yazıb. Görüntülərdə Türkiyənin məşhur “Duman” qrupunun “Senden daha güzel” mahnısının səslənməsi isə diqqətdən kənar qalmayıb.
Rəşad Əliyev, Bizim.Media