Nura Suri:

Nura Suri: "Mən yox, Afaq Gəncəli mənə qarşı haqsızlıq etmişdi" - ÖZƏL

Hazırda oxunan: Nura Suri: "Mən yox, Afaq Gəncəli mənə qarşı haqsızlıq etmişdi" - ÖZƏL

178208

Xəbər verdiyimiz kimi, aparıcı Afaq Gəncəli maqazin verilişlərinin birinə müsahibəsində müğənni Nura Suri ilə küsülülüyə son qoyduğunu açıqlamışdı.

Barışıq xəbərinin pərdəarxası məqamlarını öyrənmək üçün Bizim.Media-nın əməkdaşı Nura ilə həmsöhbət olub.

Sənətçi aparıcı ilə barışmasını belə şərh edib:

"Aramızda aparıcı müğənni söhbəti var idi. Hansı ki, məni narahat edirdi. Mən yox, Afaq mənə qarşı haqsızlıq etmişdi. Mən Afaqın bostanına daş atmamışam. O, mənə pislik etməyib. Başqa nə deyim!? Bildiyim qədəri ilə Afaq aparıcılıq eləmir. Çox gözəl münasibətimiz var. Amma sabah Afaq yenə aparıcılıq eləsə, bəlkə yenə aramız dəyəcək. Bilmirəm..."

Qeyd edək ki, A.Gəncəli ilə N.Surinin küsülülüyünə səbəb Afaqın aparıcısı olduğu verilişdə müğənni Ayan Babakişiyevaya verdiyi “Sən də bir gün Oksana Rəsulova kimi cəsarətli olub, qızının atasının kim olduğunu rahat deyə bilərsən” sualı olmuşdu.
Belə ki, Nura Ayanın tərəfini saxlayaraq, Afaqı bu cür sual verdiyinə görə qınamışdı. Sonra isə N.Suri A.Gəncəli ilə danışmadığını və “Uman yerdən küsərlər” açıqlamasını vermişdi. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO