Aytən Səfərova: "Xalamın köhnə ətəyində AzTV-yə gələndə çox utanırdım" - VİDEO

Hazırda oxunan: Aytən Səfərova: "Xalamın köhnə ətəyində AzTV-yə gələndə çox utanırdım" - VİDEO

178039

Aparıcı Aytən Səfərova acı xatirələrindən efirdə söz açıb.

Bizim.Media xəbər verir ki, televiziya ulduzu qonaq olduğu "Söhbət var" verilişində ilk dəfə Azərbaycan Televiziyasına (AzTV) gəldiyi vaxtlardan danışıb.

Xalasının köhnə ətəyini geyindiyini söyləyən Aytən orada qızlar içində ən pis geyinən özünün olduğunu dilə gətirib:

"Heç zaman yadımdan çıxmaz. 17-18 yaşım vardı, AzTV-yə xalamın köhnə ətəyində gəldim. Orada ən pis geyinən qızlardan mən idim. Buna görə o qədər utanırdım. Rafiq və Qulu müəllim bizim diksiyamızı yoxladılar. Orada mənə göz süzdürən çox sayda qız var idi. Allah canlarını saxlasın. Bəlkə də onlar nazlarından belə edirdilər. Hamımız beləyik də... O qədər pis oldum, düşündüm ki, deyəcəklər ki, “Aytən çıx get”. Yəni mənim kimsəm yox idi və məni heç kim tapşırmamışdı. 

Elə insanlar televiziyada var ikən, bu media və televiziya hər zaman ayaq üstə dayanacaq və var olacaq. Qızlar dedilər ki, “kimin adı çəkilməyibsə çıxıb gedə bilər”. Amma mən qalanlar sırasında idim. İnanın ki, mənə sanki bütün dünyanı verdilər. Çünki televiziyada işləmək uşaqlıq arzum idi. 
Nə zamana kimi təmənnasız, tapşırıqsız, “filankəsin qohumudur”, “o, bunun yerlisidir” və sayra kimi məsələlər olmayacaq, insanın özünü görən, onun biliyini, bacarığını, içində olan əzmini qiymətləndirən insanlar olacaqsa, o zaman bu, televiziya və media olacaq. Bütün sahələrdə elədir. Vicdanla işə yanaşmaq lazımdır".
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO