Pərvin Abıyeva: "Artıq açıq geyinə, çimərliyə gedə bilmirəm, abır gəlib mənə" - VİDEO

Hazırda oxunan: Pərvin Abıyeva: "Artıq açıq geyinə, çimərliyə gedə bilmirəm, abır gəlib mənə" - VİDEO

178023

"Azad ruhlu insanam. Bu geyimlərimdə də, müsahibələrimdə də, danışıqlarımda da özünü göstərir. Çox şey geyim və danışıqla deyil".

Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva "Kanal S"-ə müsahibəsində deyib.

Pərvin bildirib ki, ona abır gəldiyi üçün artıq açıq geyinə bilmir və Azərbaycanda çimərliklərə getmir:

"Müəyyən vaxta qədər açıq-saçıq geyinə bilirdim. Son vaxtlarda elə bilirəm daha da böyümüşəm və bu səbəbdən də çox açıq geyinə bilmirəm. 2-3 il əvvəl rahat şəkildə çimərliklərə gedə bilirdim. Çimərlik geyimində cəmiyyət arasına çıxa bilirdim. Amma artıq bunları edə bilmirəm. Utanıram... 
Artıq dənizə getmirəm. Xarici ölkədə olanda dənizə gedirəm, amma Azərbaycanda bunu edə bilmirəm. Məni görüb kənardan çəkəcəklər kimi məqamlara da çəkib, ehtiyat etmirəm. Abır gəlib mənə... (gülür) Yəqin bu, yaşla əlaqədardır. Açıq-saçıqlıqda əvvəlki kimi rahat deyiləm".
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO