Zaurdan Vüsaləyə SƏRT MESAJ: "İşsiz qalanda səni verilişimə işə götürmüşdüm" - VİDEO

Hazırda oxunan: Zaurdan Vüsaləyə SƏRT MESAJ: "İşsiz qalanda səni verilişimə işə götürmüşdüm" - VİDEO

177846

Aparıcı Zaur Nəbioğlu efirdən həmkarı Vüsalə Əlizadəyə sərt mesajlar ünvanlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda Zaur aparıcısı olduğu "Rəngarəng səhər" verilişində danışıb.

Vüsalənin aparıcısı olduğu "İncə səhər" proqramında "Bizim verilişimizdə məşhurlar danışmırlar, amma gedib onların verilişində hər şeyi danışırlar" sözlərinə əsəbiləşən Zaur fikirlərini bu cür dilə gətirib:

"Verilişinizin 4 buraxılışını mənə və aparıcısı olduğum "Rəngarəng səhər" proqramına həsr etmisiniz. Mənim heç kimlə şəxsi problemim yoxdur. Səhər verilişləri içində reytinqdə rekordları qırdığımız üçün və sizin gəlib o rekorda çata bilmədiyiniz üçün bizi öz verilişinizdə mövzu edirsiniz. 

Çox qəribə söz deyir: "Bizdə danışmayan məşhurlar gedirlər onların verilişində hər şeyi danışırlar". Bu, sirr deyil, sadəcə peşəkar jurnalist olmaq lazımdır. Mənim heç kimin işində, reytinqində, gündəmində gözüm yoxdur. O qədər ağlımda mövzularım var ki, istədiyiniz qədər sizə yardımçı ola bilərəm. 

Necə ki siz illər əvvəl işsiz qalanda mən sizi işə götürmüşdüm, verilişimdə çalışırdınız, bu gün isə gündəlik proqram aparırsınız, bunu da alqışlayıram və sevinirəm. Çünki mən efirdə olmadığım zaman siz efirdə aparıcılıq edirdiniz. 

Sadəcə bu həyatdır da siz işsiz qaldınız və gəlib mənim verilişimdə redaktor işlədiniz. Bu da çox normaldır, çünki mən də kimlərinsə verilişində redaktor işləmişəm".
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO