Lalə: “Onları "dağ başı"na qaldırdığım kimi təpəsi üstə yerə atıram” – VİDEO 

Hazırda oxunan: Lalə: “Onları "dağ başı"na qaldırdığım kimi təpəsi üstə yerə atıram” – VİDEO 

177802

“Qarşımdakı insana hər zaman hörmətlə yanaşıram. Bəlkə də onun ətrafında ona heç mənim göstərdiyim qədər hörmət olunmayıb. Bunu onun üçün edirəm ki, o insan da mənə hörmətlə yanaşsın”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova qonaq olduğu “Söhbət var” verilişində deyib. 

Sənətçi bildirib ki, o, hörmət etdiyi insanlardan zərbə görəndə onları cəzalandırır: 

“Hörmət göstərdiyin insandan bir dəfə zərbə alırsan və bir dəfə bunu udursan. Özün də düşünürsən ki, insandır da, bəlkə də çaşıb. İkinci, üçüncü dəfə də onu necə "dağın başı"na qaldırmışdımsa, elə də təpəsi üstə yerə atıram”. 

Lalə ona xoşagəlməz şərhlər yazanlara ismarış ünvanlayıb: 

“Mən tənbəl deyiləm, çalışqan bir insanam və işləməkdən zövq alıram. Bütün günü mənə sosial şəbəkədə neqativ şərhlər yazanların, sözün əsl mənasında işləri-gücləri yoxdur. Səhifəmdə onların mənə yazdıqlarını görüb düşünürəm ki, bunlar nə yeyib, içirlər? Onların beyni nə ilə qidalanır? İstəyirəm deyim ki, rahat olun, mən çox rahat və xoşbəxtəm”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO