Cavanşir Quliyev hazırda əməliyyatdadır – FOTO 

Hazırda oxunan: Cavanşir Quliyev hazırda əməliyyatdadır – FOTO 

177781

Xəbər verdiyimiz kimi, Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev Türkiyədə özəl klinikaların birində müalicə olunur. 

Bizim.Media xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı sosial şəbəkə hesabında bəstəkarın hazırda əməliyyat olunduğunu yazıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Cavanşir Quliyev bu gün əməliyyat olunacaq


“"Sevimli bəstəkarımız Cavanşir Quliyev hazırda əməliyyatdadır. Ailəsi ilə indi əlaqə saxladım, 2-3 saat sonra vəziyyəti ilə bağlı dəqiq məlumat verəcəklərini bildirdilər. Bəstəkarımıza Allahdan şəfa diləyirik”, - deyə Vahidqızı vurğulayıb. 

Qeyd edək ki, daha əvvəl sosial şəbəkələrdə bəstəkarın ölüm xəbəri yayılıb.

Cavanşir Quliyevin müalicəsinə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond tərəfindən dəstək verilib.


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO