“Əgər bir insana qarşı inam varsa, onun üçün hər yerdə “yaşıl işıq”dır. Həyat yoldaşım məni tanıyır və mənə bələddir. Mən çox rahatam”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan “Sözbaz” maqazin verilişinə müsahibəsində deyib.
Sənətçi bildirib ki, ailə həyatı onu dəyişməyib:
“Kim deyirsə ki, ailə həyatı qurandan sonra qadın dəyişilir, o yalan söhbətdir. İnsanlar bu fikrə öyrəşiblər, amma bu, belə deyil. Mən ailə həyatı qurandan sonra da dəyişmədim. Mən niyə dəyişməliyəm ki? Bu yaşdan sonra kim məni dəyişə bilər ki? Bu, mümkün deyil. Qəbrə qədər belə gedəcək”.
Rəşad Əliyev, Bizim.Media