Mətanətdən keçmiş gəlini Cananaya: “Qarşıma nadan və nadürüst insan çıxdı” – VİDEO 

Hazırda oxunan: Mətanətdən keçmiş gəlini Cananaya: “Qarşıma nadan və nadürüst insan çıxdı” – VİDEO 

177727

Əməkdar artist Mətanət İsgəndərli keçmiş gəlini Canana (Aynur Vaqifqızı) ilə yaşadığı qalmaqaldan söz açıb. 

Bizim.Media xəbər verir ki, “Sözbaz” maqazin verilişinə müsahibə verən sənətçi artıq Canananı ailəsinin bir üzvü hesab etmədiyini söyləyib. 

“O (Canananı nəzərdə tutur – red.) artıq mənim ailəmin üzvü deyil. Belə bir söz var:

“İnsanın doğması başqadır. Ətini yesə də, sümüyünü atmaz”. Mən dünya görmüş insanam. İstər doğma, istərsə də yad, təki, qarşına nadan və nadürüst insan çıxmasın. Deyirlər ki, pislər olmasa, yaxşıların qədrini bilə bilmərik. Həyatdır, bu bizim sınağımızdır. Şükür Allahın xətrinə”, - deyə İsgəndərli vurğulayıb. 

Müxbirin “Nəvələrinizin xətrinə keçmiş gəlininiz Canananı bağışlayarsınız?” sualına Mətanət “Dəyməz... Gəlin, bu haqda danışmayaq” deyə cavab verib. 
Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və keçmiş gəlini Canana 2021-ci ilin oktyabr ayında rəsmi olaraq boşanıblar. Onların üç övladı isə anadan alınaraq, ataya verilmişdi. Canana daha sonra Apellyasiya Məhkəməsinə müraciət edərək övladlarının qəyyumluğunu ataları Kərimdən alıb. Uşaqlar hazırda M.İsgəndərli ilə birlikdə yaşayır. Kərim isə ikinci dəfə ailə qurub və bir övladı var. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO