Əməkdar artist Lalə Məmmədova ötən ilin sonlarında üzündə keçirdiyi plastik əməliyyatlarından söz açıb.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "Zaurla Günaydın" verilişində danışıb.
Sənətçi etdirdiyi bir sıra estetik əməliyyatlardan sonra özgüvəninin daha da artdığını dilə gətirib:
"Soruşanda ki, "Salam Lalə, necəsən?" Cavab verirəm ki, "Çox qəşəngəm" (gülür). Vizajistım Elnur Həsənovla öz aramızda söhbətləşəndə, 3-4 il bundan əvvəl gördüyümüz hansısa iş qabağımıza çıxır. Deyirəm ki, gör ki, biz bunu gözəl iş hesab edirdik. Amma əslində o dövr üçün bizim etdiyimiz gözəl sayılırdı. Məncə bu günə gəlmək üçün mən mərhələ-mərhələ onları keçməli idim. Uğurlu da, uğursuz da olmalı idi. Bunu təkcə sənətimə deyil, imicimə də aid edirəm. Hazırki vəziyyətimdə, görkəm olaraq hər bir baxımdan 15 il əvvəl mən bunu bu cür hiss etməyəcəkdim. Mənə rahatçılıq verən əsas məqam isə budur ki, bu günkü gün nə görkəmdəyəmsə o mənim daxilimi ifadə edə bilir".
Qeyd edək ki, Lalə Məmmədova ötən il öncə burnunda "rinoplastika", daha sonra isə "üz gərmə" əməliyyatı ilə simasını 180 dərəcə dəyişib.
- A-
- A
- A+
Şoutaym
21:57 / 11.02.2024
Lalə efirdə görünüşü ilə ÖYÜNDÜ: "Çox qəşəngəm" - VİDEO
Hazırda oxunan: Lalə efirdə görünüşü ilə ÖYÜNDÜ: "Çox qəşəngəm" - VİDEO
Hazırda oxunan: Lalə efirdə görünüşü ilə ÖYÜNDÜ: "Çox qəşəngəm" - VİDEO
177701
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.