Müğənni Doğuşun həyat yoldaşı, aparıcı Xoşqədəm Hidayətqızını efirdə yamsılaması, ikilinin mübahisəsinə səbəb olub.
Bizim.Media xəbər verir ki, həmin anlar Doğuşla Xoşqədəm cütlüyünün aparıcısı olduğu “Günaydın, Azərbaycan!” verilişində yaşanıb.
Ərinin bu hərəkətindən küsən Xoşqədəm illər əvvələ qayıdaraq, ATV-də aparıcısı olduğu “Səni axtarıram” verilişində yaşadığı stressə görə, övladını itridiyini açıqlayıb:
“Hamiləlik vaxtı çox çətin anlar yaşamışdım. Çalışdığım kanalı tərk etdim, övladımı itirdim. ATV-dən ayrılarkən həmin stresdən itirdim. Əkizlərimə hamilə olanda isə proqramımın bağlanma xəbərini eşitdim. Efirdə qulağıma dedilər ki, şura bu tip verilişlərin bağlanmasına qərar verib.
Özümə dedim ki, hər şey gözəldir və sənə stres yaşamaq olmaz. İndi Doğuşun həmin çətin anlarımı xatırlatması xətrimə dəydi”.
Rəşad Əliyev, Bizim.Media