Hiss ləqəbi ilə şou-biznesdə məşhurlaşan gənc ifaçı Röya Məmmədova həmkarı Roza Zərgərlinin "Hiss deyir ki, Röya Ayxan və Roza Zərgərli ilə eyni verilişə və səhnəyə çıxmaram. Bəzi gənc ifaçıları yerini bilməlidirlər" sözlərinə cavab verib.
Bizim.Media xəbər verir ki, ifaçı bu haqda qonaq olduğu "10-da görüşək" verilişində danışıb.
Hiss bildirib ki, onun efirlərə tək çıxması şəxsi istəyi və prinsipi ilə bağlıdır və heç kim ona qadağa qoya bilməz:
"Rozanın bu açıqlaması mənə maraqlı gəldi. Roza məni deyirmiş, şokdayam. Təbii ki, mən elə söz deməmişəm. Kim nə deyib, bilmirəm. Ulduz öz dəyərini bilməlidir. İnsan nə edirsə, özü-özünə edir. Aygün Kazımova, Röya Ayxan özləri özlərini "ulduz" ediblər. Onlar bu sənətdə düzgün addım atıblar, stategiya qurublar, doğru prinsipləri var...
Əgər bu gün efirə mən tək çıxmaq istəyirəmsə, bu mənim iş prinsipimdir. Mənim efirə tək çıxmağıma heç kim qadağa qoya bilməz. Mən heç kimin qızı və ya məhsulu deyiləm. Mənim azad dünyam var. Efirə tək çıxmağım da öz fikrimdir və buna heç kim qarışa bilməz".
Rəşad Əliyev, Bizim.Media