Bred Pitt uzun müddətdən sonra sevgilisi ilə mükafatlanma GECƏSİNDƏ – FOTO 

Bred Pitt uzun müddətdən sonra sevgilisi ilə mükafatlanma GECƏSİNDƏ – FOTO 

Hazırda oxunan: Bred Pitt uzun müddətdən sonra sevgilisi ilə mükafatlanma GECƏSİNDƏ – FOTO 

177518

60 yaşlı Hollivud aktyoru Bred Pitt və onun sevgilisi, 34 yaşlı İnes de Ramon uzun müddətdən sonra bir yerdə görüntüləniblər. 

Bizim.Media xəbər verir ki, ötən gün İneslə qatıldığı “Santa Barbara” Beynəlxalq Film Festivalında Bred “ilin görkəmli aktyoru” mükafatını Bredli Kuperə təqdim edib.  

İnes və Bred qalibin arxasında oturaraq bir-birinin qulağına pıçıldayaraq söhbət ediblər.

Aşiqlərin mükafat gecəsindən çəkilmiş və sosial şəbəkədə yayımlanan fotolarına diqqətlə nəzər yetirdikdə İnesin zərrə qədər də utanmadığı yer alıb.  

Çünki orada İnes açıq şəkildə artan diqqətə hazır olub.  

Yeri gəlmişkən, sonuncu dəfə Bred və İnesin adlarının manşetlərdə yer alması kifayət qədər təsirli hadisə olub. Belə ki, insayder mənbələr cütlüyün ailə qurmaq üçün hazır olduğunu ortaya çıxarıblar.  

İndi sevgililər iki ölkədə yaşayır: Fransa və ABŞ. Eyni zamanda cütlük evlənməyə tələsmir. Bred Pittin zərgərlik dizayneri İnes de Ramon ilə münasibəti 2019-cu ildə Ancelina Colidən boşandıqdan sonra üzə çıxıb. Cütlük uzun müddətdir ki, paparassilərdən gizlənmir və onları müntəzəm olaraq görüşlərdə lentə alırlar.  







Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO