Şəbnəm Tovuzlu: “Bu cür mahnıları qazancım üçün oxuyuram” - VİDEO

Şəbnəm Tovuzlu: “Bu cür mahnıları qazancım üçün oxuyuram” - VİDEO

Hazırda oxunan: Şəbnəm Tovuzlu: “Bu cür mahnıları qazancım üçün oxuyuram” - VİDEO

177504

“Oxuduğum bu cür mahnılar efirdə qadağan olunsa, onları kənara qoyub, başqa üslubda nəğmələr ifa edərəm. Bu gün bu cür mahnıları açıq deyim ki, qazancım üçün oxuyuram”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu (Əsədova) qonaq olduğu “Xəbər-ətər” verilişində deyib. 

Həmkarları tərəfindən tez-tez bayağı mahnılar oxuyan ifaçı kimi qələmə verilən sənətçi bildirib ki, istənilən janrda ifa etmək qabiliyyətinə malikdir: 

“Muğam təhsilim var. İstənilən xalq və bəstəkar mahnısını gözəl şəkildə təqdim edə biləcək bir ifaçıyam. Qorxmuram! Əgər insanın səsi, avazı və bacarığı varsa, o istənilən janrda mahnı oxuya bilər. Vay o ifaçıların halına ki, onların musiqidən anlayışları yoxdur, bildikləri “lakka-çıkkada”dır. Efirlərdən bu tip mahnılar yığışdırılsa, onlar da o mahnılarla bir yerdə gedəcəklər”. 
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO