Kənan Mahmudov: “Bir il ərzində “TikTok”dan 108 min qazanmışam” – VİDEO 

Kənan Mahmudov: “Bir il ərzində “TikTok”dan 108 min qazanmışam” – VİDEO 

Hazırda oxunan: Kənan Mahmudov: “Bir il ərzində “TikTok”dan 108 min qazanmışam” – VİDEO 

177422

Aktyor və rejissor Kənan Mahmudov açıqlaması ilə gündəmə səs salıb. 

Bizim.Media xəbər verir ki, sənətçi “YouTube”da yayımlanan “Mirinin dibçəyi” layihəsində bildirib ki, bir il ərzində “TikTok” platformasından 108 min manat pul qazanıb. 

““TikTok”dan gələn hədiyyələr mənim olmadığı üçün bunun fərqindəydim. Qazandığım pulun son qəpiyinə qədər insanlara paylayırdım.

Telefonumdan 250 dənə bank kartı silmişəm. Onlar yardım etdiyim insanların bank kartlarının rekvezitləridir. Bu haqda isə heç zaman danışmamışam. Bir ildə mənə 108 min manat “TikTok”dan pul gəlib. İndi məndən soruşsanız ki, o pullar haradadır, cavab verəcəyəm ki, yoxdur. Niyə? Çünki mənim deyil.
Dualarım hər zaman belə olub ki, mənim olmayan mənim olmasın, boğazımdan keçməsin, ailəmə və övladlarıma qismət olmasın. Necə gəlibsə, elə də gedib. Ona görə də mən “TikTok”a qazanc mənbəyi kimi baxmıram. Baxanlara da pis baxmıram. Əsla! Heç kimin işinə qarışmaq olmaz. Kim nə edirsə, özü bilər. O pullar buradan gəlib, buradan da gedirdi. Buna Allah şahiddir”, - deyə Kənan vurğulayıb. 

Aparıcının “Bəs vergi?” sualına K.Mahmudov “Dövlət sirridir. Amma müəyyən qədər verdim” deyə qısa cavab verib. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO