Ağadadaş mahnısını oxuyan Elşadı PƏRT ETDİ: “Özünə də demişəm ki, düz ifa et” – VİDEO 

Ağadadaş mahnısını oxuyan Elşadı PƏRT ETDİ: “Özünə də demişəm ki, düz ifa et” – VİDEO 

Hazırda oxunan: Ağadadaş mahnısını oxuyan Elşadı PƏRT ETDİ: “Özünə də demişəm ki, düz ifa et” – VİDEO 

177399

“Mahnılarımı ifa edirlər, amma elə yanaşmalar var ki... Bəziləri mahnılarımı oxuyur, adlarını çəkməyim. Elə oxuyurlar ki, onların yerinə utanıram”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Ağadadaş Ağayev qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib. 

Sənətkar Elşad Qarayevin onun repertuarında yer alan “Necə deyim” mahnısını səhv oxuduğunu söyləyərək onu tənqid edib: 

“Elşad Qarayev “Necə deyim” mahnımı oxuyub. Mahnını necə dəyişibsə... Şur üstündədir, segaha keçirsən və qayıdırsan şura. O isə başqa nəyəsə keçib. Elə bil, gəzməyə gedib, evə qayıda bilməyib. Elşada ərkim çatır deyə deyirəm. Özünə də demişəm ki, düz oxu. Digərləri də eşitsin. Onun reaksiyası mənim üçün önəmli deyil. Mahnı övlad kimidir. Mahnıların sözünü təhrif edirlər”. 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO