Heyli Castin Biberdən BOŞANMAQ İSTƏYİR 

Heyli Castin Biberdən BOŞANMAQ İSTƏYİR 

Hazırda oxunan: Heyli Castin Biberdən BOŞANMAQ İSTƏYİR 

177341

Məşhur model Heyli Biber və dünya pop səhnəsinin parlaq ulduzu Castin Biberin münasibətlərində gərginlik və problem yaranıb. 

Bizim.Media “In Touch Weekly” nəşrinə istinadən xəbər verir ki, iş o yerə çatıb ki, model artıq boşanmaq istəyir. 

Buna səbəb isə Heylinin şəxsi məkanının olmaması və ərinin ondan həddindən artıq diqqət tələb etməsidir.

Bütün bunların fonunda Biberin arvadı artıq kritik həddə çatıb. Cütlüyün sosial şəbəkələrinə nəzər saldıqda isə bunun əski görünür. Çünki cütlük olduqca xoşbəxt göründükləri fotoları yayımlamağa davam edirlər. Bununla belə, insayder bütün bunların “gözəl şəkil” və “gözəl görüntü” naminə olduğunu iddia edir. 

Qeyd edək ki, Castin və Heyli 2009-cu ildə tanış olublar və 2016-cı ildə onların qısa münasibətləri olub. Heylidən ayrıldıqdan sonra Biber daha sonra ayrıldığı sevgilisi müğənni Selena Qomezin yanına qayıdıb və o vaxtlar münasibətini təzələyib. Biber və Qomez birdəfəlik ayrıldıqdan sonra Castin yenidən Heyli ilə görüşməyə başlayıb.

2018-ci ildə onların nişanlanması və bir neçə ay sonra evlənməsi üzə çıxıb. Castin və Heylinin münasibəti sosial mediada çoxlu mübahisələrə səbəb olub. Heyli davamlı olaraq Selena Qomezə qarşı çıxır və onu boşanmalarına səbəb olmaqda ittiham edir.
Qomezin özü Biberdən ayrıldıqdan sonra depressiyaya düşdüyünü və psixi problemlərlə üzləşdiyini bildirib. Selena və Heyli özləri hər hansı düşmənçiliyi inkar edirlər. Selena indi musiqi prodüseri Benni Blanko ilə görüşür və buna görə də tənqid olunur. 




Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO