Britni Spirs: “Castin Timberleykdən əvvəl Ben Affleklə öpüşmüşəm”

Britni Spirs: “Castin Timberleykdən əvvəl Ben Affleklə öpüşmüşəm”

Hazırda oxunan: Britni Spirs: “Castin Timberleykdən əvvəl Ben Affleklə öpüşmüşəm”

177251

Dünya pop səhnəsinin ulduzu Britni Spirs açıqlaması ilə gündəmi “qarışdırıb”. 

Bizim.Media xəbər verir ki, sənətçi keçmiş sevgilisi Castin Timberleyklə münasibətindən əvvəl Hollivud aktyoru Ben Affleklə öpüşdüyünü dilə gətirib. 

Belə ki, sosial şəbəkə hesabında aktyor Ben Afflek və bəstəkar Dayan Uorrenlə illər əvvəl çəkilən fotosunu paylaşaraq bu sözləri yazıb: 

“Mənim, Ben Afflek və Dayan Uorrenin illər əvvəl çəkildiyi gözəl foto. O, çox gözəl aktyordur. Mən o gecə Benlə öpüşdüyümü qeyd etməyi unutmuşam... Lənət olsun, bu dəlilikdir. Kaş ki, baş verən hekayəni sizə bundan əvvəl danışa biləydim. Aman Tanrım, mən sadəcə dedi-qoduyam”. 

Qeyd edək ki, Affleklə Britni arasında münasibətlərin nə qədər davam etdiyi məlum deyil, lakin 1999-cu ildə müğənni ilk dəfə Timberleyklə münasibətdə olduğundan şübhələnib. O, əvvəlcə Timberleykə qarşı heç bir hissləri olmadığını və bütün diqqətini karyerasına yönəltdiyini iddia edərək, bu əlaqəni inkar etsə də, sonradan onların münasibətləri təsdiqlənib. 
Belə ki, keçmiş cütlük 2003-cü ilə qədər birlikdə olub, Timberleyk Britnini aldatmaqda günahlandırıb və münasibətləri sonlanıb. Britni Spirs daha sonra bildirib ki, münasibətdə əslində, aldadan Timberleyk olub. Onun sözlərinə görə, o da SMS yazaraq onu tərk edib. Spirs, xatirələrində keçmiş sevgilisinin onu aborta məcbur etdiyini bildirib. Onlar bu günə qədər hər şeyi nizamlamağa davam ediblər. Spirs daha əvvəl Castindən xatirələrində onun adını çəkdiyi üçün üzr istəsə də, qarşı tərəf ulduzun üzrünü qəbul etməyib. Bundan sonra Britni sosial şəbəkələrdə keçmiş sevgisili haqqında kəskin çıxış edib.


Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO