Natavan: “Elnarə mahnı çıxaranda mənimlə və Röya ilə dalaşır ki, “piar” olunsun” – VİDEO 

Natavan: “Elnarə mahnı çıxaranda mənimlə və Röya ilə dalaşır ki, “piar” olunsun” – VİDEO 

Hazırda oxunan: Natavan: “Elnarə mahnı çıxaranda mənimlə və Röya ilə dalaşır ki, “piar” olunsun” – VİDEO 

176802

“Elnarə həm mənimlə, həm də Röya ilə məzələnir. O hər dəfə mahnı çıxaranda qalmaqal salır ki, danışılsın. Elnarə bu “bicliklər”i haradan öyrənib mən bilmirəm. Mahnı çıxarır, qrupu ilə nəsə oxuyur, qalmaqal salıb Röyadan danışır, sonra deyir ki, görmürsünüz, mahnı çıxarmışam? Beləcə bizlə məzələnir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Natavan Həbibi “Balkanla gecə turu” verilişinə müsahibəsində deyib. 

Həmkarı Elnarə Xəlilova ilə münasibətlərindən söz açan sənətçi bildirib ki, qarşı tərəf yeni mahnısını “piar” etmək üçün trenddə olan ifaçılar kimi sənət yoldaşları ilə dava edir: 

“Mənim Elnarə ilə münasibətim normaldır. Biz Elnarə ilə görüşəndə salamlaşırıq. O nəsə haqqımda çıxıb danışdı, sonra isə konsertlərin birində heç nə olmamış kimi yaxınlaşıb, öpüşüb, qucaqlaşıb, görüşdü, mən də elə etdim. Bizim aramızda heç nə ola bilməz. Elnarə yeni yola keçib (mahnı çıxarıb qalmaqal salmasını nəzərdə tutur – red.). O bu yolla öz işini reklam edir. Bu yeni üslubdur. Ona da bu yolu öyrədənlər trenddə olan müğənnilərdir. Trenddə olanlar pulunu verib trendə düşənlərdir. Trendə düşənlərin hamısı pul verib trendə düşür. Bu, 100 faiz belədir. Bunu da hamı bilir”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO