Elzadan İRAD: \

Elzadan İRAD: \"Bəzi aparıcılar \"panel\" diş taxdırıb, qoca arvadlar kimi danışırlar\" - VİDEO

Hazırda oxunan: Elzadan İRAD: \"Bəzi aparıcılar \"panel\" diş taxdırıb, qoca arvadlar kimi danışırlar\" - VİDEO

176711

"Aparıcıların bəziləri qoca arvad, nənələr kimi danışırlar. Qoca nənələr ağızlarında dişləri olmadığına görə, "protez" diş taxırlar. Hərdən görürsən ki, onlar hirslənəndə ağızlarındakı o protez çıxır. Onların tələffüzü də fərqli olur. "T" hərfini "Tf" deyə tələffüz edirlər. Bunların dişləri "Hollivud gülüşü" olsun deyə dişlərini dəyişirlər".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan qonaq olduğu "Xəbər-ətər" verilişində deyib.

Sənətçi 20 yaşında qız aparıcıların az yaşlarına rəğmən dişlərini vinir etdirməsinə qarşı çıxıb:

"Stomotoloqların indi deyəcəklərimdən xoşları gəlməyəcək, çünki onlar istəyirlər ki, əksər insanlar ağızlarına "panel" dişlər taxdırsınlar. 20 yaşında qız gedib "panel" dişlər etdirirsə, əlbəttə onun tələffüzü pis olacaq. Hələ onların o düzəltdikləri dişlər ağızda pis qoxuya səbəb olur. Çünki dibində yemək qalıqları qalır. İki ildən bir isə o "panel" dişləri dəyişməlisən. Kim taxırsa, taxsın amma aparıcılar bu "panel" dişləri taxmasınlar. Aparıcılar təbii olmalıdırlar".

Elza bəzi xanəndələri ifalarında sözləri düzgün şəkildə tələffüz etmədiklərinə görə tənqid edib: "Bəzi xanəndələr də var ki, onlar düzgün şəkildə sözləri tələffüz etmirlər. Getsinlər, qoysunlar ifaları kənara, getsinlər, düzgün danışığı, diksiyanı öyrənsinlər. Bəzi ibtidai sinif müəllimləri "ç", "k", "g" hərflərini düzgün şəkildə tələffüz edə bilmirlər. Onlar uşaqların təməlini pis qoyurlar. Əllərində yekə telefonlar, gündə restoranlarda, şou proqramlarda, bütün bədənləri də plastik əməliyyat. Uşaqları isə "canın sağ olsun" demək əvəzinə, "dzanın sağolsun", "çiçəyim" əvəzinə isə "tsitsəyim" deyir".

Seyidcahan hamıya özünü nümunə çəkib:

"Baxın, mənim aşağıdakı dişlərim əyridir. Amma mən onları düzəldirmirəm və vinir qoydurmuram, çünki bu, mənim gözəlliyimdir. Hollivud ulduzlarının burunlarının deşikləri tava boydadır. Baxın, görün ki, onlar burunlarını heç əməliyyat edirlər? Yox! Və ya dişləri əksəriyyətinin əyridir. Bu, özü bir gözəllikdir".
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO