Əməkdar artist Fərqanə Qasımova açıqlaması ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “10-da görüşək” verilişində baş tutan sonuncu konsertinin həyəcanından bəhs edib.
Qasımova bildirib ki, ağlı olan insan konsert verməz:
“Konsert vermək o qədər məsuliyyətli bir işdir. Bu gün verilişə gələndə avtomobildə konsertimdən olan hissələrə baxıb, qulaq asırdım. Konsertdə keçirdiyim həyəcanı avtomobildə yenidən yaşadım. Özüm-özümə dedim ki, ağlı olan konsert verər? Bu nə çətin bir işdir? Konsertdən bir ay əvvəl və bir ay sonra insan özünə gələ bilmir. Yuxu qaçır, hal gedir”.
Qeyd edək ki, F.Qasımova Xalq artisti Alim Qasımovun qızıdır.
Rəşad Əliyev, Bizim.Media