“Fatimə məhkəmədə uduzdu, mən isə qalib gəldim. İş artıq Nərimanov rayon məhkəməsində icraatdadır. İndi kimə 50 min pul verirlər ki? 50 min manatlıq təzminat davası açdım, dövlət isə Fatimənin maddi gəlirini hesablayır və buna müvafiq iş görür”.
Bizim.Media xəbər verir ki, bu sözləri şairə və qiraətçi Nazilə Səfərli qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib.
“Göyçək” ləqəbi ilə şou-biznesdə məşhurlaşan rəqqasə Fatimə Fətəliyeva ilə illərdir ki qalmaqal yaşayan və məhkəmədə qalib gələn sənətçi qarşı tərəflə düşmən olmadığını və bütün hallarda qanun çərçivəsində onun üzr istəyəcəyini bildirib:
“Mən Fatimə haqqında danışmaq istəmirəm. Fatimə ilə düşmən deyiləm. O gəlib mənə “salam” və ya evində çay da içsə belə, yenə məndən üzr istəməlidir. Artıq Fatimədən üzr istəməyi mən yox, qanun tələb edir. Bu, artıq bitmiş bir məsələdir. Söhbət qanundan gedir. Fatimə sabah gəlib qapımı döysə, açacağam. Mən mədəniyyətsizəm ki, Fatiməyə qapı açmayım? Elə şey olar?
Fatimə ilə 3 dəfə barışmışam. Özü gəlib barışıb. “Maşın şou”da Fatimə özü gəlib mənimlə barışmışdı (gülür). Digər iki halda da Fatimə özü gəlib mənimlə barışıb. O biraz başqa ab-havalara düşür. Fatimə “salam”dan sonra məndən üzr istəsə və desə ki, məni bağışla, əsəbi olmuşam, dediyimi də sübut edə bilmədim, qanun qarşısında acizəm, bununla da məhkəmə bağlanır, məsələ bitir. Əsas odur ki, Fatimə üzr istəməlidir. Onun üzr istəməsi isə telefonla yox, görüntülü şəkildə olmalıdır. Onunla mən danışsam, Fatimənin əlində material olacaq ki, mən Nazilə ilə danışdım. Belə isə düzgün deyil. Qanun çərçivəsində bu məsələ həll olmalıdır.
Zamanında Fatiməyə söylədim ki, məndən üzr istəyəcəksən. Bunu isə istəyirsən öz xoşunla və ya qanunla et. Fatimə də mənə meydan oxudu, indi də qanun ona meydan oxuyur. Qanun qanundur. Qanun şahdır, biz yox”.
Proqramın aparıcısı Zaur Nəbioğlunun “Mən istəyərəm ki, Nazilə ilə Fatimə arasında mehribanlıq olsun” sözlərinə Nazilə “İstəməzsən... Sən indi reytinqə işləyirsən” deyərək, məsələyə nöqtə qoyub.
Qeyd edək ki, N.Səfərli məhkəmədə F. Fətəliyevadan 50 min təzminat istəyib. Bundan sonra Nazilə məhkəmədə qalib gəlib. Lakin Fatimə qarşı tərəflə yaşadığı qalmaqalda özünü haqlı bilərək Apellyasiya Məhkəməsinə müraciət edib. Apellyasiya Məhkəməsində də Nazilə Fatiməyə qalib gəlib. Qərara əsasən, rəqqasə qarşı tərəfdən üzr istəməli və 500 manat təzminat ödəməlidir.
Rəşad Əliyev, Bizim.Media