Natavan Həbibi: “Bu boyda övladı olan insanların nə dərdi ola bilər ki?!

Natavan Həbibi: “Bu boyda övladı olan insanların nə dərdi ola bilər ki?!" – VİDEO 

Hazırda oxunan: Natavan Həbibi: “Bu boyda övladı olan insanların nə dərdi ola bilər ki?!" – VİDEO 

176598

“Əgər ailədə övlad varsa, o sevginin qarşısını almaq mümkün deyil və olmaz. Günah olar... Oğlum Zeydin atası Səidə və eyni ilə Səidin Zeydə olan sevgisini bilirəm. Onların isə münasibətləri çox istidir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Natavan Həbibi “Balkanla gecə turu” verilişinə müsahibəsində deyib. 

Dado ləqəbi ilə şou-biznesdə məşhurlaşan repçi həyat yoldaşı Səid Əliyev və oğulları Zeydlə paytaxt restoranların birində şam yeməyinə gələn Natavan ailəsində mehribanlığın hökm sürdüyünü dilə gətirib: 

“Ailəmizdə mehribanlıqdır. Hər şey gözəldir. Bu boyda övladı olan insanların nə dərdi, nə problemi ola bilər ki? Biz hər gün Zeydə baxıb sevinirik. Deyirik ki, nə yaxşı, biz bir-birimizin həyatında iştirak etdik ki, həyatımızda Zeydimiz var. Nə yaşamışıqsa, hər şey ona dəyərdi ki, təki həyatımızda Zeyd olsun”. 

Həbibi ikinci dəfə ana olmaq istədiyini bildirsə də, bütün məhəbbətini övladına verdiyini söyləyib: 

“Mən də, Zeyid də istəyir ki, onun ya qardaşı ya da ki, bacısı olsun. Bizdən olsa, bir dənə də dünyaya Zeyd kimi övlad dünyaya gələr, amma ki, qismət... Mənim 42 yaşım var. İstəyirəm ki, Zeydə bütün enerjimi verim”. 

Bu anda mikrofon önünə çıxan Dado oğlu Zeyd və həyat yoldaşı Natavanla bağlı bu fikirləri səsləndirib: 

“Zeydin həyatında iştirak etmək başqadır. Həqiqətən də Natavanın bacısı Sara xanım və anası sağ olsun, Zeydi “padişah” balası kimi böyüdürlər. Nə sevgiləri varsa, hamısını ötürürlər Zeydə. Arzu edərdim ki, bütün uşaqlar belə sevgi görsünlər. Yanımdakı xanım Natavan mənim həyatımı dəyişdi”. 

Həbibi isə ərinin bu sözlərinə qarşılıq verib: 

“Biz bir-birimizin həyatını dəyişdik. Bundan böyük xeyir mümkün deyil. Xeyir isə övladımız Zeyiddir. Mən Səidə həyatımda olduğu üçün bir daha təşəkkür etmək istəyirəm. O mənə bu hissləri, bu xoşbəxtliyi verdi və buna vəsilə oldu”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO