Nazilə:

Nazilə: "Oğlum evlənmək yaşda olsa da, ailə qurmağı düşünmür" - VİDEO

Hazırda oxunan: Nazilə: "Oğlum evlənmək yaşda olsa da, ailə qurmağı düşünmür" - VİDEO

176572

Şairə və qiraətçi Nazilə Səfərli kiçik oğlu Turandan söz açıb.

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "Zaurla Günaydın" verilişində bildirib ki, subay övladı hələki evlənmək istəmir.

"Oğlum artıq evlənmək yaşındadır. Amma o yaradıcı insan olduğundan ailə qurmaq haqqında hələki düşünmür. Başı çəkilişlərə qarışıb", - deyə Nazilə vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl Nazilə Səfərli qonaq olduğu verilişlərin birində subay oğlu Turandan söz açarkən bildirib ki, onun gələcək həyat yoldaşı ona lüks markalı dəyəri 1000 manatdan artıq saat hədiyyə edib. Saatı efirdə nümayiş etdirən Səfərli vurğulayıb ki, həmin xanım əsalətli və nəcib ailənin qızıdır. 
Qeyd edək ki, Nazilə və Elçin cütlüyünün Nurlan və Turan adlı 2 oğlan övladı var. Nurlan ötən il Nuranə adlı xanımla ailə qurub. Cütlüyün keçən ilin fevral ayının 13-də Ayaz adlı oğlan övladı dünyaya gəlib və Nazilə ilk dəfə nənə olub. Bunun şərəfinə şairənin dəvə qurbanı kəsməsi isə gündəmə səs salmışdı.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO