İlahə yenidən Şəbnəmi HƏDƏF ALDI:

İlahə yenidən Şəbnəmi HƏDƏF ALDI: "Şəxsiyyət sözünü təhqir sayan müğənnilər var" - VİDEO

Hazırda oxunan: İlahə yenidən Şəbnəmi HƏDƏF ALDI: "Şəxsiyyət sözünü təhqir sayan müğənnilər var" - VİDEO

176484

Müğənni İlahə İbadova həmkarı Şəbnəm Tovuzlu haqqında verilişlərin birində söylədiyi  "Şəbnəm Tovuzlunun oxuduğu mahnıları sevmirəm. Şəxsiyyət olaraq da Şəbnəmi tanımıram. Mən Şəbnəmin sənətini görməmişəm. Efirdə oxuduğu mahnılarını da sevmirəm” sözlərinə aydınlıq gətirib.

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "Gül kimi şou" verilişində deyib.

İ.İbadova qalmaqallı məsələ ilə bağlı fikirlərini belə nəql edib:

"Verilişlərin birində mənə sual verdilər ki, "Bu ifaçıların sənətini bəyənirsən?" Cavab verdim ki, sənətlərini bəyənmirəm. Bəyənmiş olsam əgər aldığım qırmızı diplomu heçə sayaram. Yəni təhsilimi heçə sayaram. Bir müğənni haqda (Şəbnəm Tovuzlunu nəzərdə tutur - red.) dedim ki, şəxsiyyət olaraq tanımıram. O müğənni nədənsə "şəxsiyyət" sözünü təhqir kimi başa düşüb. 

Demək istəyirəm ki, biz hər bir insana şəxsiyyət olaraq müraciət etmək istəyirik. Demişəm ki, şəxsiyyət olaraq tanımıram. Niyə? Misal üçün bir insanla "salam-sağol"um var amma onu yaxından tanımıram, dostluğum yoxdur və yol yoldaşı olmamışam. Şəxsiyyət olaraq nə cür insandır, hansı xarakterə malikdir onu bilmirəm. 

Görün, iş nə yerə çatıb ki, şəxsiyyət sözünü təhqir kimi sayan müğənnilər var. Onları qızışdıran ətrafı var. Xahiş edirəm, bir az bu mövzuda maariflənin. Bir insana şəxsiyyət olaraq müraciət etmək çox böyük lütfdür".

Qeyd edək ki, Şəbnəm Tovuzlu İlahə İbadovaya cavab olaraq “zaman var idi ki, İlahə ilə “salam-sağ olumuz” vardı. Ona hörmətim də vardı. Amma var idi... İlahə söylədi ki, məni də, şəxsiyyətimi də tanımır. Burada isə səhv danışdın. Sən məni niyə tanımırsan ki? Sən məni çox gözəl tanıyırsan. Bəzi sənətçilər var ki, onlar sırf kameraya “işləyir”. Amma belə kameraya “işləməyin”, real həyatda necəsinizsə, kamera önündə də elə olun" sözlərini söyləyib.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO