Nazilə Səfərli:

Nazilə Səfərli: "Gəlinimlə olan münasibəti bəlkə də insanlar xəyal edər" - VİDEO

Hazırda oxunan: Nazilə Səfərli: "Gəlinimlə olan münasibəti bəlkə də insanlar xəyal edər" - VİDEO

176440

"Nəvəm oğlumdan qiymətli ola bilməz. Oğlum xoşbəxtdir, çünki nəvəm var. Mən də buna görə xoşbəxtəm. Bu qədər..."

Bizim.Media xəbər verir ki, bu sözləri şairə və qiraətçi Nazilə Səfərli qonaq olduğu "Zaurla Günaydın" verilişində deyib.

Sənətçi gəlini Nuranə ilə aralarındakı "gəlin-qayınana" münasibətindən söz açıb. 

Nazilə proqramda gəlinindən razılıq edib:

"Mən öz müddətimi işləmişəm, oğlumu böyütmüşəm. İndi o da anadır uşağını böyütsün. Kimsə məni alqışlayacaq deyə gedib nəvə saxlamalıyam? İşim-gücüm qutarıb!? İndi sən də gəlin bacı, zəhmət çək, dünyaya gətirdiyin uşağı saxla. Mənim gəlinimlə olan münasibəti bəlkə də insanlar xəyal edər... Bizim iki yetkin insan kimi münasibətimiz var. 

Gəlinim mənə "ana" və "siz" deyə müraciət edir. Mən də ona oğlumun xanımı kimi münasibət bəsləyib, böyük dəyər verirəm və bu, qarşılıqlıdır. Biz hələki, məişət mövzularına girməmişik. “Gəlindir deyə, bizim qabağımıza çay gətirməlidir” kimi primitiv mövzular yoxdur. Məişət kimi mövzular cəhalətdən doğur. Gəlin olmayanda oğlumun paltarlarını mən yuyurdum, ütüləyirdim. Onu geyindirib, küçəyə çıxarırdım. Yeməyini mən bişirirdim. Oğlumu gəlib alıb əlimdən, indi o, yeməyini bişirir, paltarını yuyub, qurudub, ütüləyir, bir də oğluma bir uşaq dünyaya gətirib. 

Allah gəlinimdən razı olsun. Bundan başqa gəlinimdən nə istəyə bilərəm ki? Nə xoş mənim halıma ki, bir yükümü gəlin alıb. Ona yalnız minnətdar olmalıyam".

Qeyd edək ki, Nazilə və Elçin cütlüyünün Nurlan və Turan adlı 2 oğlan övladı var. Nurlan ötən il Nuranə adlı xanımla ailə qurub. Cütlüyün keçən ilin fevral ayının 13-də Ayaz adlı oğlan övladı dünyaya gəlib və Nazilə ilk dəfə nənə olub. Bunun şərəfinə şairənin dəvə qurbanı kəsməsi isə gündəmə səs salmışdı.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO