Şəbnəm Qəhrəmanova: “Vasif Məhərrəmli haqqımda ona yaraşmayan sözlər danışmışdı” – VİDEO 

Şəbnəm Qəhrəmanova: “Vasif Məhərrəmli haqqımda ona yaraşmayan sözlər danışmışdı” – VİDEO 

Hazırda oxunan: Şəbnəm Qəhrəmanova: “Vasif Məhərrəmli haqqımda ona yaraşmayan sözlər danışmışdı” – VİDEO 

176129

Müğənni Şəbnəm Qəhrəmanova illər əvvəl Əməkdar artist Vasif Məhərrəmli ilə yaşadığı qalmaqaldan söz açıb. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Gül kimi şou” verilişində bildirib ki, Vasif onun haqda efirlərin birində söylədiyi “Ailəli deyilsən, amma uşağın var. Bəs, bu uşağın atası kimdir?” sözlərinə görə peşman olub və üzr istəyib. 

“Vasif Məhərrəmli ilə aramızdakı problem artıq həll olunub. Münasibətimiz yaxşıdır. Toyların birində Vasif bəylə barışığımız oldu. O mənə çox yanlış yönləndirildiyini bildirdi. Barışmışıq deyəndə ki, qəlbim ona qarşı qırılıb. Mən öz yerimi bilən insanam. Vasiflə “salam-sağ ol”umuz qalıb. Vasif haqqımda ona yaraşmayan sözlər danışmışdı. Amma o, səhvini anladı. O qeyd etdi ki, mənim səmimiliyimdən həddindən artıq istifadə etdilər. Bu məsələ yanlış idi, mən gərək heç etməzdim. Mən əvvəldən Vasif bəyin xətrini çox istəyirəm. Vasif bəyin haqqında ərkyana bir söz demişdim.

Həmin məsələ haqqında 5-6 il əvvəl verilişlərin birində demişdi. Onu yenidən Vasif bəyə göstərmişdilər. O da haqqımda ərkyana bir söz demişdi. Mənə sual vermişdilər ki, şou-biznesin ən əlibərk (xəsis –red.) müğənnisi kimdir? Cavab vermişdim ki, Vasif Məhərrəmli. O da bu cavaba pis reaksiya vermişdi. Toyların birində Vasif bəyin mənə yaxınlaşaraq qucaqlayıb mənə o sözlərin deməsində çox böyük səmimiyyət hiss etdim. Onunla dedik, güldük. Xoş ayrıldıq. Səmimiyyətsiz olsaydı, dərhal hiss edərdim. Vasif bəy o qədər məni qucaqlayıb dedi ki, məndən istifadə etdilər, bunu anla.

Vasif mənə olan o sərt sözləri yazı ilə deyil, verilişlərin birində demişdi. Yəni video idi. O günləri yenidən xatırlamaq istəmirəm. Çünki o sözləri Vasif bəy bir çox şou nümayəndəsinə deyə bilər. O qədər mələk qanadları geyinib, səhnə arxası tamam başqa insanlardılar. Amma mən necəyəmsə, eləyəm. Çoxları isə əsl simalarını gizlədib, efirdə mələk olurlar. Vasif Məhərrəmli orada beş nəfərə o sözləri deyə bilərdi. Sadəcə olaraq mən o qədər başı bəlalıyam ki, məni qamarladı. Haqqımda kimlərsə şərh bildirəndə izləyib, oxuyuram”. 

Qeyd edək ki, müğənni Ş.Qəhrəmanovanın illər əvvəl “Lider mən” verilişində Əməkdar artist Vasif Məhərrəmlini xəsis adlandırması və qarşı tərəfin cavab olaraq “Ailəli deyilsən, amma uşağın var. Bəs, bu uşağın atası kimdir?” deməyi ikili arasında böyük qalmaqala səbəb olmuşdu. 
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO