Mətanət İsgəndərli: “Şəxsi həyatımız heç kimə maraqlı olmamalıdır” – VİDEO 

Mətanət İsgəndərli: “Şəxsi həyatımız heç kimə maraqlı olmamalıdır” – VİDEO 

Hazırda oxunan: Mətanət İsgəndərli: “Şəxsi həyatımız heç kimə maraqlı olmamalıdır” – VİDEO 

176120

“Sənət insanlarının şəxsi həyatı heç kim üçün maraqlı olmamalıdır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli qonaq olduğu “Bu axşam” verilişində deyib. 

Mətanət cəmiyyətin incəsənət nümayəndələrinin sənəti ilə deyil, şəxsi həyatı ilə maraqlanmasına qarşı çıxıb: 

“Hamımız insanıq, hamımızın problemləri var. Heç kim bilmir ki, sabah onun həyatında nə olacaq. Bu, həyatdır və hamının bu həyatda bir sınağı var. Talelər qəribə və fərqlidir. Bundan istifadə etmək olmaz. Sənət adamlarının yalnız sənəti ilə maraqlanmaq lazımdır. Biz sənətçilər xalqa məxsusuq. Şəxsi həyatımız heç kimə maraqlı olmamalıdır”. 

Qeyd edək ki, uzun zamandır M.İsgəndərli keçmiş müğənni gəlini Canana ilə qalmaqal yaşayır. Mətanətin oğlu Kərim və Canana 2021-ci ilin oktyabr ayında rəsmi olaraq boşanıblar. 3 övlad anadan alınaraq, ataya verilmişdi. Canana daha sonra Apellyasiya Məhkəməsinə müraciət edərək övladlarının qəyyumluğunu ataları Kərimdən alıb. Uşaqlar hazırda M.İsgəndərli ilə birlikdə yaşayır. Kərim isə ikinci dəfə ailə qurub və bir övladı var. 
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO