“Mərhum Xalq artisti İlhamə Quliyeva sağikən kanalların birində (“Space” kanalında ad günü keçirdiyini nəzərdə tutur – red.) tədbir keçirirdi. O, tədbirə gələcək məşhur qonaqların siyahısını isə özü əvvəlcədən tuturdu. O siyahıya İlhamə Quliyeva məni də əlavə etmişdi. Amma o tədbirə məni buraxmamışdılar”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib.
Xatun bildirib ki, mərhum Xalq artisti İlhamə Quliyeva öz tədbirinə onu çağırıb, daha sonra isə qapıdan buraxılmayıb:
“Təsəvvür edin, İlhamə Quliyevanın tədbirinə gəlmişəm, əlimdə də hədiyyə və məni içəri buraxmadılar. Bir sözlə, məni ora buraxmağa qadağa qoyublar. İlhamə xanımın həmin tədbirində olan bir şəxs gəlib deyib ki, Xatunu bura buraxmayın. Bax, belə hadisələr yaşamışam. Əlimdə hədiyyə qapıda qalmışam. İlhamə xanım özü məni tədbirinə zəng edib çağırmışdı. Dedi ki, filan vaxtı kanala gələrsən. Həmin şəxs gəlib İlhamə xanıma nə deyib, nə deməyibsə, bir də gördüm ki, Lamiyə (aparıcı Lamiyə Ələkbərova – red.) zəng vurub söylədi ki, Xatun, avtomobilinə min, get evə. Mən psixoloji pis oldum. Səhər tezdən dur, get hazırlaş... İlhamə xanımın qabağına mənimlə bağlı şərt qoymamışdılar. Sadəcə deyiblər ki, Xatunu niyə dəvət etmisiniz!? Birinin də üstünə beşini qoyub, İlhamə xanıma söyləyiblər ki, sizin haqqınızda danışıb, sizi parodiya edib. Məni içəri buraxmadılar, qapıda yalandan söylədilər ki, gözlə”.
Rəşad Əliyev, Bizim.Media