Zamiq Mərdəkanda sevənləri ilə GÖRÜŞDÜ - FOTO/VİDEO 

Zamiq Mərdəkanda sevənləri ilə GÖRÜŞDÜ - FOTO/VİDEO 

Hazırda oxunan: Zamiq Mərdəkanda sevənləri ilə GÖRÜŞDÜ - FOTO/VİDEO 

175900

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında “Qonağımız var” layihəsi çərçivəsində tanınmış müğənni Zamiq Hüseynovla görüş təşkil edilib. 

Bizim.Media xəbər verir ki, 8 yaşından sonra keçdiyi keşməkeşli sənət yolundan və əldə etdiyi uğurlarından söhbət açan Zamiq tamaşaçılarının ona ünvanladığı sualları cavablandırıb. 

Sevənləri Zamiqdən 183 nömrəli məktəbin məzun günündə çıxış etməsini, həmçinin çox sevilən “Kaman” nəğməsini onlar üçün canlı ifa etməsini istəyib. Hüseynov hər verilişə qatılmadığını, bundan əlavə övladını vətənpərvər ruhda böyütdüyünü söyləyib. Müğənni “Mən səni sevirəm”, “Əvəzsizim, “Var ol”, “İfadə”, “Kaman” kimi sevilən mahnılarını səsləndirib. 

Sonda görüş “Səma” rəqs kollektivinin müşayiəti ilə Zamiqin ifasında “Azərbaycan” mahnısı ilə yekunlaşıb. 
 







Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO